Xəbərlər

Mağazadan qızıl üzük oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

31.05.2019

DİN Mətbuat Xidmətindən verilən məlmulata görə, Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aprelin 17-də rayon ərazisindəki mağazaların birindən 2000 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Onun Bakı şəhər sakini N.Həsənova olduğu bildirilir. 
Faktla bağlı araşdırmalar davam etdirilir.