Xəbərlər

Azyaşlının oğurlanması ilə bağlı cinayət işi başlanılıb

08.06.2019

İyunun 4-də 2015-ci il təvəllüdlü Z.Bağırovanın Sabunçu qəsəbəsində yaşadığı evdən çıxaraq geri qayıtmamaşı barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis, Sabunçu və Nizami Rayon Polis idarələri əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə azyaşlının Masallı rayon sakini T.Nəzərova tərəfindən oğurlanaraq dilənçiliyə cəlb edilməsi müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Nəzərova Q.Qarayev prospektində, metronun “Neftçilər” stansiyasının yaxınlığında Z.Bağırova ilə birgə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Uşaq valideynlərinə qaytarılmışdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmışdır.