Xəbərlər

Qətldə şübhəli bilinən üç nəfər saxlanılıb

10.06.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 7-də  Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin “Mercedes” markalı avtomobilində tapılması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılmışlar.

Araşdırmalar davam etdirilir.