Xəbərlər

Qətldə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər

15.06.2019

İyunun 15-də saat 1 radələrində Xətai rayonunun M.Hadi küçəsində üzərində zorakılıq əlamətləri olan 20-25 yaşlı kişi meyitinin tapılması barədə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə məlumat daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, 18 yaşlı Mehdi Əliyev olması müəyyən edilmişdir.

Təxirəsalınmaz  istintaq-əməliyyat tədbirləri ilə onunla həmin gün saat 1 radələrində M.Hadi küçəsində paytaxt sakinləri K.Allahyarov, C.Hüseynov, H.İmanov və onun qardaşı M.İmanov arasında münaqişə baş verməsi və bu zaman M.Əliyevin bıçaqla qətlə yetirilməsi müəyyən edilmişdir.

Əməliyyat-axtarış tədbirləri ilə adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişlər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.