Xəbərlər

Zirə qəsəbəsində quldurluq edən şəxs tutulub

26.06.2019

İyunun 18-də saat 4 radələrində paytaxtın Zirə qəsəbəsində yaşayan S.Süleymanovanın evinə girmiş maskalı şəxsin onun baş və sinə nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib, oradan 600 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini H.Hümbətov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.