Xəbərlər

Soyğunçuluq edən Abşeron rayon sakini saxlanılıb

24.06.2019

İyunun 24-də Təbriz küçəsindəki evlərin birinin qarşısında naməlum şəxs Bakı şəhər sakini N.Bərxudarlının içərisində 240 manatı olan çantanı açıq talama yolu ilə almışdır. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Nərimanov RPİ 18-ci PŞ və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini T.Mürsəlov saxlanılmışdır. 

Araşdırma aparılır.