Xəbərlər

Quldurluqda şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb

06.07.2019

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini H.Məmmədov iyunun 23-də saat 4 radələrində Biləcəri qəsəbəsi ərazisində naməlum şəxsin onu bıçaqla hədələyib 150 manat pulunu və mobil telefonunu aldığını bildirmişdir.
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini E.Zayidov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır