Xəbərlər

Şirvan şəhər sakininin avtomobilindən narkotik maddə aşkar edilərək götürülüb

09.07.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. 
 
Nəticədə Şirvan şəhər sakini R.Nuriyevin “Hyundai” markalı avtomobilindən 320 qram heroin, 86 qram tiryək və 53 qram metamfetamin aşkar edilərək götürülüb.
 
Araşdırmalar aparılır