Xəbərlər

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb

26.07.2019

İyulun 24-də Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Ə.Ovçuyevi bıçaqla hədələyib mobil telefonunu ondan almışdır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Sultanov saxlanılmışdır.

Araşdırma aparılır.