Xəbərlər

Bakı şəhər sakini və ona saxta əskinaslar vermiş əcnəbi vətəndaş saxlanılıb

31.07.2019

Nərimanov RPİ-nin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülmüşdür.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, görülmüş tədbirlərlə Z.Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanmışdır.