Xəbərlər

İşıqlandırma sisteminin qurğularını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

09.08.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zuğulba-Bilgəh yolunun kənarındakı işıqlandırma sistemindən ümumi dəyəri 320 manat olan 1 ədəd tənzimləyici və 2 ədəd maqnit buraxıcını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Çernov saxlanılmışdır.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 16-da Mərdəkan qəsəbəsi ərazisində yerləşən MMC-lərdən birinə məxsus 2 paylayıcı qurğudan 540 manat dəyərində kontaktor, rele və maqnit buraxıcısının oğurlaması müəyyən edilmişdir.

Araşdırma aparılır