Xəbərlər

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

14.08.2019

Avqustun 10-da Bakı şəhər sakini Q.Nəsibova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar A.Sadıxov və Ş.Məmmədov saxlanılıblar.  

Avtomobil Bakıxanov qəsəbəsi ərazisində tapılıb.

Saxlanılan A.Sadıxovdan 0,8 qram, Ş.Məmmədovdan isə 0,95 qram heroin aşkar edilərək götürülüb.

Araşdırmalar aparılır.