Xəbərlər

Qadının pul kisəsini əlindən almaqda şübhəli bilinən şəxs saxlanılıb

15.08.2019

Avqustun 13-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini N.Ələsgərovaya zor tətbiq edib mobil telefonunu, habelə içərisində 30 manat və bankomat kartları olan pul kisəsini almışdır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi rayonu 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini  S.İsmayılov saxlanılmışdır.

Araşdırmalar davam etdirilir.