Xəbərlər

Səbail rayonunda evlərdən birinə quldurluq məqsədilə girən şəxs tutulub

16.08.2019

Avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb etmiş, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk etmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılmışdır.

Araşdırmalar davam etdirlir.