Xəbərlər

Avtomobil qaçırmağa cəhd göstərən şəxslər saxlanılıb

19.08.2019

Avqutun 18-də rayon ərazisində Bakı şəhər sakini Ş.Xəlilova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmağa cəhd göstərilib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətdə  şübhəli bilinən Bakı şəhər sakinləri M.Rüstəmli və əvvəllər məhkum olunmuş E.Əsədli saxlanılmışdır.

Onların avqustun 16-da rayon ərazisindəki bir avtomobildən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.

Araşdırmalar davam etdirilir.