Xəbərlər

Avtoservisdən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

21.08.2019

Araşdırmalar nəticəsində avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün...

Avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılmışdır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün hadisə yerini tərk etməsi müəyyən edilmişdir.

Nərimanov RPİ  18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən avtoservisin işçisi, Saatlı rayon sakini T.Qasımov saxlanılmışdır.

Araşdırmalar davam etdirilir.