Xəbərlər

Avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

22.08.2019

Avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlanıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılmışdır.
   
Bir daha vətəndaşların nəzərinə çatdırılır ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar.