Xəbərlər

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ...

29.09.2019

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-na keçən gecə rayon ərazisindəki köşklərin birindən 2580 manat dəyərində tütün məmulatı və monitor oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Əkbərov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də Naxçıvan şəhər sakini R.Cəfərovun içərisində 320 manat olan pulqabısını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Orucov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini N.Musazadəni döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Rzayev və A.Eyyubova saxlanılmışlar.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisində “Saipa” markalı avtomobildən 700 manat və 1500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əlyarov saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da A.Sadıqovanın içərisində 1000 manat və 2 ədəd mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almağa cəhd göstərmiş Bakı şəhər sakini Y.Miroşniçenko saxlanılmışdır.