Xəbərlər

Üç nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

03.11.2019

Noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilmişdir. 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.