Xəbərlər

Yasamalda soyğunçuluq edən şəxs saxlanılıb

07.11.2019

Yasamal rayonu Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevaya qarşı soyğunçuluq edilib. Naməlum şəxs qadına yaxınlaşaraq onun qızıl boyunbağısını dartıb götürməklə hadisə yerindən qaçıb. Zərərçəkən bu barədə polisə məlumat verdən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Qırxlarov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyini boyunbağını satdığını bildirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi və Elşən Qorxlarovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsi etmələri xahiş olunur.