Xəbərlər
Xuliqanlıq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
02.01.2020
Yanvarın 1-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində 2 nəfərin Bakı şəhər sakini D.Babayevi döyməsi barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Hüseynov və A.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.