Xəbərlər

Paytaxt sakinindən silah-sursat götürülüb

20.01.2020

Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, ondan  “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron götürülmüşdür. 

Araşdırma aparılır