Xəbərlər

Marketdə oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

07.02.2020

Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, Bülbül prospekti 18 ünvanında yerləşən "Bravo" marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü, Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Şübhəli şəxsdən gizli yolla taladığı mobil telefonlar maddi sübut kimi aşkar olunaraq götürülüb, tərəfimizdən zərərçəkmişə qaytarılması təmin olunacaqdır.

Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur, “Doqquz barmaq Adil” kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkmiş varsa, bizi məlumatlandırmağı tövsiyə edirik.

Faktla bağl araşdırmalar davam etdirilir.