Xəbərlər

Narkotik satmaqda şübhəli bilinən şəxslər saxlanılıb

16.03.2020

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov və bacısı saxlanılmışlar. 
DİN Mətbuat Xidmətinin məlumatina görə, şəxsi axtarış zamanı F.Hüseynovdan heroin və metamfetamin, bacısından isə metamfetamin aşkar edilmişdir. 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların yaşadıqları mənzildən isə əlavə olaraq 645 qram marixuana və 8 qrama yaxın heroin götürülmüşdür.
Xətai RPİ 35-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini R.Abdullayev saxlanılmışdır. 
Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin və metamfetamin götürülmüşdür.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri M.Məmmədov və həyat yoldaşı müəyyən edilərək saxlanılmışlar. Şəxsi axtarış zamanı M.Məmmədovdan 5 qrama yaxın heroin və həyat yoldaşından isə 8 qrama yaxın heroin və 5 qrama yaxın metamfetamin aşkar edilmişdir. 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların kirayədə yaşadıqları mənzildən isə əlavə olaraq 331 qrama yaxın heroin, 75 qrama yaxın metamfetamin və 35 ədəd metadon aşkar edilərək götürülmüşdür.
Araşdırmalar davam etdirilir