Xəbərlər

Aptekə silahla basqın edən şəxs tutulub

27.04.2020

Aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən aprektlərdən birindən üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb. 

Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub. 

Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə soyğunçuluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini tutulub. Belə ki, paytaxt sakini M.Bəşirovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olnmuş E.Mustafayev saxlanılıb. 
Araşdırmalar aparılır.