KRİMİNAL XRONİKA

Əməliyyat-axtarış tədbirləri nəticəsində...

29.05.2017

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin oktyabr ayında Ağahüseyn Qasımovun 9193 manat pulunu dələduzluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 48 yaşlı Xanoğlan Vəliyev tutulub. 
 
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, mayın 25-də Akdemik  Həsən Əliyev küçəsində Əlimurtuza Həsənova məxsus mənzildən 570 manat oğurlamaqda şübəhli bilinən Bakı şəhər sakini, 22 yaşlı Əminağa Rəvanov tutulub. 
 
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunan 34 yaşlı Fikrət Məhərrəmovdan “Revolver” tipli odlu silah aşkar edilərək götürülüb.