KRİMİNAL XRONİKA
Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının...
01.10.2017
Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da Bakı şəhər sakini olan bir qadının içərisində 300 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Ziya Məcidov tutulub, 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib. Z.Məcidovdan 5,252 qram marixuana götürülüb.
Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayından sentyabr ayınadək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Səfərov və qardaşı, əvvəllər məhkum olunmuş Ayxan tutulublar.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də rayon ərazisindəki evlərdən birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini İlham Əsgərov tutulub.
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Suleykinin ətrafında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə onun cari ilin iyunundan avqust ayınadək olan müddətdə rayon ərazisindəki 1 evdən, 1 mağazadan və 1 qarajdan spirtli içki, tütün məmulatı və məişət əşyaları, habelə Bakı şəhər sakini olan 1 qadının 2 ədəd mobil telefonunu oğurlaması da müəyyən edilib.