KRİMİNAL XRONİKA
Oktyabrın 1-nə keçən gecə Yasamal rayonu ərazisində Bakı şəhər sakini...
02.10.2017
Oktyabrın 1-nə keçən gecə Yasamal rayonu ərazisində Bakı şəhər sakini Mayılxan Cəfərova məxsus “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlanıb. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Cabir Quliyev və əvvəllər məhkum olunmuş Elmir İsmayılov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların sentyabrın 18-də və oktyabrın 1-də daha 2 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.