KRİMİNAL XRONİKA

Xəzər rayonunda 28 avtobusdan katalizator oğrulayanlar saxlanılıblar

25.02.2025

Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birinə məxsus qarajdan 28 avtobusun katalizatorlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ş.Mahmudzadə və 22 yaşlı H.Əliyev müəyyən olunaraq saxlanılıblar. Onların digər analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək məqsədi ilə araşdırmalar davam etdirilir.