KRİMİNAL XRONİKA

Nəsimi rayonunda oğurluq və dələduzluqda şübhəli bilinən 2 şəxs saxlanılıb

12.03.2025

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 765 manat dəyərində müşahidə kamerasının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı H.Vəliyev müəyyən olunaraq saxlanılıb. 
Bundan başqa, bir nəfərin etibarından sui-istifadə edərək 125 manatını ələ keçirməkdə şübhəli bilinən 45 yaşlı N.Quliyevin saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.