KRİMİNAL XRONİKA
Paytaxtda oğurluq edənlər saxlanılıb
12.05.2025
Səbail rayonunda yerləşən evlərin birindən oğurluq edilib.
Paytaxt sakini olan qadın polisə müraciət edərək yaşadığı evdən çantasından içərisində 1640 manat pul və 4800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib.
Daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Qaradağ rayonu ərazisindən isə 1000 manat dəyərində təmir alətlərinin talanayan əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı Z.Qubadov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.