KRİMİNAL XRONİKA

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir neçə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən S.Hüseynov saxlanılıb

10.06.2024

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində müxtəlif vaxtlarda bir nəfərin 3 yeşik meyvəsini, bir nəfərin mobil telefonunu və 2 avtomobildən mobil telefonlar oğurlamaqda şübhəli bilinən S.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.