KRİMİNAL XRONİKA

İyunun 27-də saat 2 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birnə...

27.06.2017

İyunun 27-də saat 2 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birnə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.  
İ.Vasin xəstəxanaya yerləşdirilib.
 
İyunun 23-də Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Kamal Əliyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən paytaxt sakini Hacımurad Əliyarovu vurub. Xəstəxanaya yerləşdirilən piyada iyunun 27-də orada ölüb. 
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.  

İyunun 24-də Qaradağ rayonu ərazisində "Mercedes" markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Quliyev 38-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. 
Faktla əlaqədar cinayət işi başlanılıb.