KRİMİNAL XRONİKA

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

31.10.2017

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Rafiq Hüseynova məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qasımov tutulub.

Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vüsal Səmədovun ətrafında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun sentyabrın 16-da rayon ərazisindəki gözəllik salonlarının birindən 96 manat oğurlaması da müəyyən edilib. 

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən Qazax və Lənkəran rayon sakinləri olan 2 yeniyetmə tutulub. Aparılan tədbirlərlə onların həmin tarixdə daha 1 mağazadan noutbuk və telefon aksesuarları oğurlamaları da müəyyən edilib.

Oktyabrın 31-nə keçən gecə Xətai rayonu ərazisindəki evlərin birindən 700 manat və 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Marat Yusubov 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.