KRİMİNAL XRONİKA

Bakı şəhər sakini D.Ağayevanın 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini...

14.03.2018

Bakı şəhər sakini D.Ağayevanın 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Elçin Həsənov Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Martın 13-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki evlərin birinin həyətindən su qızdırıcısı, təmir-tikinti aləti, 2 ədəd pəncərə və qapı çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vahid Novruzov Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 2-də metronun “28 May” stansiyasının platformasında Lerik rayon sakini Fatimə Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov saxlanılmışdır.

Martın 13-də saat 23 radələrində paytaxtın Nizami rayonunun M.Şərifli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Sarıyev vurulmuşdur. T.Sarıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini  Ruslan Talıbzadə saxlanılmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də Qobustan qəsəbəsindəki evlərin birindən 845 manat pul və 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nahid Həmidov və Amil Nəcəfli saxlanılmışlar.