KRİMİNAL XRONİKA

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən fevralın 14-də rayon ərazisindəki evlərin birindən...

25.03.2018

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən fevralın 14-də rayon ərazisindəki evlərin birindən 650 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Misir Məmmədov saxlanılmışdır.

Martın 22-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini İlham Məmmədova məxsus “Hyundai” markalı avtomobil qaçırılmışdır. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda  şübhəli bilinən paytaxt sakini Rəfail Əliyev martın 25-də Ak.H.Əliyev küçəsində avtomobillə birgə saxlanılmışdır.

Martın 24-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisindəki anbarlardan birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla martın 18-dən 24-dək olan müddətdə Babək prospektində yerləşən anbardan 6746 manat dəyərində təmir-tikinti alətlərinin oğurlandığı məlum olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Namiq Xudaverdiyev olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.