KRİMİNAL XRONİKA

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının...

19.10.2018

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılmışdı. Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.

Oktyabrın 19-da saat 11 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Oktyabrın 19-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Süleyman Nəbiyev vurulmuş və nəticədə o, hadisə yerində ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.