KRİMİNAL XRONİKA

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

20.11.2018

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  rayon ərazisindəki mağazaların birindən 594 manat pul və 8 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Ramazan Həsənov saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş Elxan İsayevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 4 avtomobildən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 19-da Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadını döyərək quldurluq yolu ilə pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Afət Məmmədov saxlanılmışdır.

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da Əntiqə Quliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rəhim Rəhimov saxlanılmışdır.

Noyabrın 20-də saat 20 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Rahim Sultanov idarə etdiyi “Daewoo” markalı avtomobilli yolun kənarında dayanmış paytaxt sakini Emil Həsənova məxsus “Audi” markalı avtomobilə vurmuşdur. Nəticədə R.Sultanov hadisə yerində ölmüş, E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.