KRİMİNAL XRONİKA
Oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun və S.Abbasovun ətraflarında...
02.02.2019
Oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun və S.Abbasovun ətraflarında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il iyunun 10-dan sentyabrın 14-dək olan müddətdə 5 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.
Soyğunçuluq etdiyinə görə tutulmuş C.Sultanovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 14-də Bakı şəhər sakini olan bir yeniyetməyə zor tətbiq edib içərisində pul olan pulqabısını alması da müəyyən edilmişdir.