KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş Z.Bayramovun və G.Zamanzadənin ətraflarında...

19.11.2019

Oğurluq etdiyinə görə tutulmuş Z.Bayramovun və G.Zamanzadənin ətraflarında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların noyabrın 8-də rayon ərazisində 3 avtomobildən pul, ətir, gümüş əşya və sənəd oğurlamaları da müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən noyabrın 18-də rayon ərazisindəki oyun zallarının birindən həmin obyektin işçisi, Zərdab rayon sakini Ü.Bəbirlinin mobil telefonunu, habelə içərisində 30 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Yolçuyev saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də S.Əlirzayevanın 163 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əli-Əkbərov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də rayon ərazisində iki vətəndaşın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əzimov və Abşeron rayon sakini S.Məmmədov saxlanılmışlar.

Oğurluq etdiyinə görə saxlanılmış S.Pənahovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazaların birindən 100 manat pul və 145 manat dəyərində danışıq kartları oğurlaması da müəyyən edilmişdir.