KRİMİNAL XRONİKA

Dekabrın 12-də Xəzər rayonunun Qala qəsəbəsi...

13.12.2019

Dekabrın 12-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisindəki mağazaların birindən seyfdən 1000 manat pulun oğurlanması barədə 1-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur. 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılmışdır.

Dekabrın 13-nə keçən gecə Yasamal rayonu ərazisində anbardan oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olmuşdur. Məlumatla əlaqədar dərhal Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, Cəbrayıl rayon sakini T.Bayramova məxsus anbardan 4 ədəd velosipedin oğurlandığı müəyyən edilmişdir. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Kazımov saxlanılmışdır. Araşdırma aparılır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 14.920 manat pul, 11.200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılmışdır.