KRİMİNAL XRONİKA

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

26.01.2020

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Azərişıq” ASC-nin rayon ərazisindəki elektrik şəbəkəsinə məxsus paylayıcının yerləşdiyi otaqdan 1 ədəd elektrik açarı, 3 ədəd transformator, 2 ədəd ayrıc, 12 ədəd mis dolaq və 10 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-dan 24-dək olan müddətdə rayon ərazisində bir gözəllik salonundan 700 manat, bir xəstəxananın müalicə otağından isə 572 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılmışdır.

Kriminalistik Tədqiqatlar İdarəsi, Binəqədi RPİ 5-ci PB Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəza Çəkmə Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Ç.Dadaşov saxlanılmışdır.

Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə müraciət edən Zabrat qəsəbə sakini F.Musayev yanvarın 21-də qəsəbə ərazisində bir nəfərin onun içərisində 183 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısını açıq talama yolu ilə aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə müraciət edən Zabrat qəsəbə sakini F.Musayev yanvarın 21-də qəsəbə ərazisində bir nəfərin onun içərisində 183 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısını açıq talama yolu ilə aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Qazax rayon sakinləri olan 2 yeniyetmə qardaşın ətarfında Xətai RPİ 35 və 37-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki daha 3 evdən 6300 manat, 1500 ABŞ dolları, 15.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir. 

Binəqədi RPİ 6-cı PB və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 250 manat, 250 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar - T.Cəfərov və Sabirabad rayon sakini P.Quliyev saxlanılmışlar.
T.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Qax rayon sakini S.Mürsəlov və digər bir nəfərlə birgə Binəqədi rayonu ərazisindəki bir evdən televizor oğurlaması da müəyyən edilmişdir. Davam etdirilən tədbirlərlə S.Mürsəlov da saxlanılmışdır.