KRİMİNAL XRONİKA

Aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin

21.04.2020

Aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus “Kia” markalı avtomobili qaçırmış və paytaxt sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə vurmuşdur. E.Abdullayev xəstəxanaya yerləşdirilmişdir. Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılmışdır. Araşdırma aparılır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da paytaxt sakini R.Ramazanovanın çantasından 200 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.İsmayılova saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-na keçən gecə rayon ərazisində K.Kərimova məxsus 450 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayev saxlanılmışdır.