KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş Q.Hacıyevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları...

02.05.2020

Oğurluq etdiyinə görə tutulmuş Q.Hacıyevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 2 avtomobildən yan güzgülər, maqnitofon və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 550 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Q.Əsgərov saxlanılmışdır.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-nə keçən gecə rayon ərazisindəki mağazaların birindən 4220 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən, əvvəllər həmin mağazada satıcı işləmiş paytaxt sakini H.Əliyev saxlanılmışdır.

Suraxanı RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən V.Tağıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın və Əmircan qəsəbəsindəki evindən isə 571 qram marixuana aşkar edilərək götürülmüşdür.