KRİMİNAL XRONİKA

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

03.05.2020

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında Biləcəri qəsəbəsindəki evlərin birindən 9300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Həşimov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisində “Renault” markalı avtomobildən 300 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Osmanov saxlanılmışdır.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki mənzillərin birindən 200 manat pul, 500 manat dəyərində noutbuk və 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Məsimov saxlanılmışdır.