KRİMİNAL XRONİKA

İyunun 23-də saat 01 radələrində Nərimanov rayonu ərazisində ...

22.06.2020

İyunun 23-də saat 01 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini S.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Əlqamət Zeynalovu vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
 
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 21-də rayon ərazisindəki evlərin birindən 80 manat dəyərində gümüş əşyaları soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılmışdır.

İyunun 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Muradov xuliqanlıq zəminində qonşusu K.Məşədiyevin əl nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Muradov saxlanılmışdır. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə  kolu, evindən isə 117,64 qram marixuana və 19,849 qram çətənə toxumu aşkar edilib götürülmüşdür.