KRİMİNAL XRONİKA

Avqustun 31-i saat 10 radələrində Binəqədi rayonu...

01.09.2020

Avqustun 31-i saat 10 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan Xaliq Bağırovun yaşadığı evdə qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsinə müraciət daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin mərhumun kürəkəni Zəngilan rayon sakini A.Hüseynəliyev tərəfindən törədilməsi müəyyən edilib. A.Hüseynəliyev saxlanılaraq istintaqa təhvil verilib.