KRİMİNAL XRONİKA

Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10.000 avro oğurlanıb

01.07.2022

Xəzər rayonunun Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10.000 avro oğurlamaqda şübhəli bilinən A.Nəsirova saxlanılıb
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10.000 avro oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini A.Nəsirova müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.