KRİMİNAL XRONİKA

Qadına qarşı quldurluq törətməkdə şübhəli bilinən X.Tağıyeva saxlanılıb

24.08.2022

Binəqədi rayonunda bir qadına qarşı quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Tağıyeva saxlanılıb
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir qadından içərisində 2350 manat pul, 300 manat dəyərində planşet və mobil telefonu olan çantanı quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Tağıyeva saxlanılıb.