KRİMİNAL XRONİKA

Bakı şəhər sakininin cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb

06.09.2022

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə Bakı şəhər sakini P.Məmmədovun  içərisində 350 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini F.Məhərrəmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.